|
• DünyadaBMT: 2020-ci ildə 1,4 milyon qaçqının köçürülməyə ehtiyacı olacaqBMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının hesabatında bildirilir ki, 2020-ci ildə hazırda 60 ölkədə yerləşmiş1,4 milyon qaçqının köçürülməsinə ehtiyac yaranacaq. Bu səbəbdən ailələrindən ayrı düşmüş həmin insanlara kömək etmək üçün dünya ölkələrinə müraciət olunub. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, köçürülməyə möhtac olan qaçqınların 70 faizi zorakılıq və işgəncə halları ilə üzləşib. Onların 40 faizi Suriya, 14 faizi Cənubi Sudan və 11 faizi Konqo Demokratik Respublikası vətəndaşlarıdır. Bundan başqa, Türkiyə ərazisində məskunlaşmış 3,7 milyon qaçqının da 420 mini ailələri ilə birləşmək üçün köçürülməyə möhtacdır. Hesabatda qeyd olunur ki, qaçqınların yerləşdirilməsi məsələsi getdikcə daha da kəskinləşir. Belə ki, bütün dünya üzrə 70,8 milyon insan öz evlərini tərk etməyə məcbur olub. Onlardan təqribən 26 milyonu isə qaçqınlardır. BMT-nin qaçqınların işi üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, müharibələr, silahlı münaqişələr və təqibdən qaçan insanların sayının rekord səviyyəyə çatdığını nəzərə alaraq, indi ölkələrin daha çox qaçqına yer verməsi aktual problemə çevrilib. Onun sözlərinə görə, qaçqınların 84 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar, amma həmin ölkələrin özləri böyük iqtisadi və sosial problemlərlə qarşılaşıblar. BMT-nin Ali Komissarı hesab edir ki, inkişaf etmiş və varlı ölkələr bu problemin həllinə daha çox kömək etməlidirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2019 12:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |