|
• Mənəviyyat • HəccQMİ-dən Həcc ziyarəti üçün kvota ilə bağlı - AçıqlamaHəcc ziyarəti üçün kvotanın dolmasına 300 nəfər qalıb Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki,Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1100 nəfərdir və hazırda sənəd qəbulu davam edir. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır. Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2019 14:25 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |