25 İyun, 2019
QMİ-dən Həcc ziyarəti üçün kvota ilə bağlı - Açıqlama

Həcc ziyarəti üçün kvotanın dolmasına 300 nəfər qalıb

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki,Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1100 nəfərdir və hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9602.html