|
• DünyadaMəhəmməd Mursi gecə ikən ciddi təhlükəsizlik tədbirlərilə dəfn edilibMisirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 17-də dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Misirin dövlət televiziyası məlumat yayıb ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.Həmçinin Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib. Məhəmməd Mursi gecə ikən ciddi təhlükəsizlik tədbirləri altında və yalnız ailəsinin iştirakı ilə dəfn edilib. SalamNews xəbər verir ki, bu barədə Məhəmməd Mursinin oğlu Əhməd Məhəmməd Mursi öz rəsmi facebook səhifəsində yazıb. Bildirilib ki, Misir hökuməti onun ailə məzarlığında dəfn edilməsinə icazə verməyib. Əlavə edilib ki, ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti ilə mərhumun cənazəsi “Liman-Tərrat” həbsxanasında yuyulub və həmin həbsxananın məscidində cənazə namazı qılınıb. Dəfn mərasiminə yalnız onun ailəsi və vəkilləri qatıla bilib. Mərhum Qahirənin “Nəsr” mikraroyonunda “İxvanəl-Müslimin” liderlərinin dəfn edildiyi məzarlıqda torpağa tapşırılıb. Qeyd edək ki, Mərhum Məhəmməd Mursi 2012-ci ildə seçkilərdə qalib gələrək ölkə prezidenti olmuş, lakin bir il sonra hərbçilər tərəfindən devrilmiş və həbs edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2019 10:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |