إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

UNİCEF: “Yəməndə hər iki saatda 1 ana və 6 körpə ölür”

BMT-nin Uşaq Fondu (UNISEF) Yəməndə hamiləlik müddətində və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpənin öldüyünü açıqlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

UNİSEF-in yazılı hesabatına görə, buna səbəb ölkədə illərdir davam edən vətəndaş müharibəsidir. Bildirilir ki, müharibə hamilə qadınların və körpələrin fiziki cəhətdən zəifləməsinə, bu isə öz növbəsində ölüm hallarının atmasına səbəb olub. Onlar əhalinin ən zəif sosial qrupudur.

Məlumata görə, Yəmən müharibə səbəbindən regionun ən yoxsul ölkələrindən birinə çevrilib: "Ölkədə hamiləlik və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpə ölür. Yəməndə yoxsulluq üzündən evlərdəki doğuş halları artıb. Ölkədəki səhiyyə müəssisələrinin yüzdə əlli biri tam gücü ilə fəaliyyət göstərir". Bildirilir ki, həmin müəssisələrdə də tibbi personal kifayət qədər deyil.

Qeyd edək ki, artıq bir neçə ildir Yəmədə husilərlə Səudiyyə ərəbistanı tərəfindən dəstəklənən ölkəni tərk etmiş keçmiş prezident Ə.Hadiyə bağlı qüvvələr arasında döyüşlər səngimir.

.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2019  10:24 Çap

Bu bölmədə


Xəbər lenti















© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com