|
• DünyadaMyanmada buddist rahibin təşəbbüsü - Müsəlmanlara Ramazan hədiyyəsiBu addımın təşəbbüskarı mülayim baxışları ilə seçilən buddist monax olub. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Myanmada əhalinin əksəriyyəti təşkil edən buddistlər yerli müsəlmanları təəccübləndiriblər. Belə ki, buddistlər sıra ilə düzülərək paytaxt Yanqon şəhərindəki Dərgah məscidində bayram namazı üçün toplaşmış müsəlmanlara Ramazan ayının bitməsi münasibəti ilə güllər paylayıblar. Həmin buddistlər gül paylamaqla yanaşı, polislərin yerinə bayram tədbirinin təhlükəsizliyini də təmin edirdilər. Bu addımın təşəbbüskarı isə mülayim baxışları ilə seçilən buddist monax Seyindita olub. O, 100 könüllü toplaya bilib. Ümumilikdə aksiya Myanmada yerləşən 23 məsciddə təşkil olunub. Xatırladaq ki, son illər ərzində Myanmada buddistlərin yerli müsəlman xalqı Rohincaya qarşı zülm və təcavüzlərinin səviyyəsi şiddətli şəkildə artıb. Müsəlmanlara qarşı edilən amansız hücum nəticəsində minlərlə günahsız və dinc müsəlman qətlə yetirilib və yaralanıb, yüzminlərlə müsəlman isə qaçqına çevrilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2019 15:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |