10 İyun, 2019
Myanmada buddist rahibin təşəbbüsü - Müsəlmanlara Ramazan hədiyyəsi

Bu addımın təşəbbüskarı mülayim baxışları ilə seçilən buddist monax olub.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Myanmada əhalinin əksəriyyəti təşkil edən buddistlər yerli müsəlmanları təəccübləndiriblər.

Belə ki, buddistlər sıra ilə düzülərək paytaxt Yanqon şəhərindəki Dərgah məscidində bayram namazı üçün toplaşmış müsəlmanlara Ramazan ayının bitməsi münasibəti ilə güllər paylayıblar. Həmin buddistlər gül paylamaqla yanaşı, polislərin yerinə bayram tədbirinin təhlükəsizliyini də təmin edirdilər.

Bu addımın təşəbbüskarı isə mülayim baxışları ilə seçilən buddist monax Seyindita olub. O, 100 könüllü toplaya bilib. Ümumilikdə aksiya Myanmada yerləşən 23 məsciddə təşkil olunub.

Xatırladaq ki, son illər ərzində Myanmada buddistlərin yerli müsəlman xalqı Rohincaya qarşı zülm və təcavüzlərinin səviyyəsi şiddətli şəkildə artıb. Müsəlmanlara qarşı edilən amansız hücum nəticəsində minlərlə günahsız və dinc müsəlman qətlə yetirilib və yaralanıb, yüzminlərlə müsəlman isə qaçqına çevrilib.

1

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9573.html