إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Husilər qəfil hücumla Səudiyyənin Nəcran şəhərinin 20 km-ə çatıblar (VİDEO)

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və Xalq Komitələri (husilər) son iki gün ərzində qəfil hücum həyata keçirərək, Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində 20-dən çox mövqeyi ələ keçiriblər. Onlar Səudiyyənin Nəcran şəhərinin 20 km-ə çatıblar

Ahlibeyt.az  Salamnews-a istinadən xəbər verir ki, Yəmənin əl-Məsira telekanalı husilərin və ordunun Səudiyyənin Nəcran şəhərinin yaxınlığına qədər irəliləməsinin görüntülərini yayımlayıb.

Bildirilib ki, Nəcran şəhərinin kənarında bəzi yüksəkliklər nəzarətə götürülüb.

Yəmənin müdafiə naziri (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) general-mayor Nasir əl-Atifi ələ keçirilən mövqelərə baş çəkib və yəmənlilərin Nəcran şəhərinin yaxınlığına çatdığını bildirib.

Səudiyyə Ərəbistanı rəsmi mənbələri husilərin bu irəliləyişinə münasibət bildirməyiblər.

Həmçinin Husilər Yəmənin sahil bölgəsi olan əl-Hudeyda əyalətində vurduqları ABŞ istehsallı MQ-9 hərbi pilotsuz təyyarəsinin görüntülərini yayımlayıblar.

ABŞ istehsallı MQ-9 hərbi pilotsuz təyyarəsi əl-Hudeyda əyalətinin Zəfəran kəndi səmasında vurularaq düşürülüb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2019  10:54 Çap

Bu bölmədə


Xəbər lenti















© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com