إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İrana hücum etmək istəyən gərək tamamilə ağılsız olsun

Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq direktoru Məhəmməd əl-Bəradei alman mətbuatına müsahibəsi zamanı İrana hücumu ağılsızlıq adlandırıb.

Məhəmməd əl-Bəradei deyib ki, İsrailin İrana hücumu qaçılmaz addım deyil. Və kimsə ümumiyyətlə İrana hücum etmək istəyirsə, o tamamilə ağlını itirmişdir.

əl-Bəradei deyib ki, əgər İsrail İrana hücum etmiş olarsa, Tehranı hər bir iranlı ilə yanaşı Orta Şərqdə yaşayan xalqların bəziləri və həmçinin dünyanın müxtəlif nöqtələrində yaşayan insanlar da dəstəkləyəcəklər.

İsraili bu addımı atmamağa səsləyən əl-Bəradei israillilərin bu işi görməmələri üçün dua etdiyini bildirib. O həmçinin deyib ki, İsrail bununla öz təhlükəsizliyini artırmaq istəyir amma əksinə təhlükəsizliyinə ciddi zətbə vurmuş olacaqdır.

Jurnalistinin İranın atomdan yalnız sülh məqsədləri üçün istifadə etmə iddiası İsraildə inam yaratmır sözlərinə cavab verən əl-Bəradei deyib ki, axı nəyə görə iranlılar israilliləri inandırmalıdırlar? İsrailin özünün 200 ədəd atom başlıqlı raketinin mövcud olması artıq Orta Şərqin stabilliyinə bir təhlükədir.

əl-Bəradei sonda İranın "Altılıq" dövlətləri ilə aparacağı müzakirələrin heç bir nəticə verməyəcəyini bildirərək deyib ki, İranın atomla bağlı problemi yalnız ABŞ-la eyni stol arxasında oturub müzakirələr aparması ilə çözülə bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2012  04:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!