|
• Mənəviyyat • Rəcəb ayıLeylətul-Rəğaib və Əyyamul-BizzHəzrət Rəsuləllah(s): "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər" Rəcəb ayının birinci cümə gecəsinə "Leylətul-Rəğaib" - "arzular gecəsi" deyilir. Cümə axşamı günü oruc tutmağın böyük savabı var. Hz.Peyğəmbər(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər".
Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə "Fatihə" surəsindən sonra üç dəfə "Qədr" və on iki dəfə "İxlas" surəsini oxunmalıdır. Namazdan sonra bu zikr yetmiş dəfə oxunmalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi". Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh". Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim" Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh"
Rəcəb ayının 13-ü mübarək günlərdən sayılır. Bu gün “Əyyamul-bizz” adlanan fəzilətli günlərin birincisidir. “Əyyamul-bizz 3 gün davam edir – Rəcəbin 13-ü, 14-ü və 15-i. “Əyyamul-bizz” birinci gecəsi iki rükət namaz qılmaq tövsiyə olunur. Hər rükətdə “Fatihə”dən sonra “Ya sin” və “Mulk” surələri oxunmalıdır. “Əyyamul-bizz”in ikinci gecəsi eyni qaydada dörd rükət (iki rükətli iki namaz), üçüncü gecəsi isə eyni tərzdə 6 rükətli (iki rükətli 3 namaz) qılmaq yaxşıdır. Imam Sadiq(ə) buyurur ki, hər kim buna əməl edərsə bütün bu ayı dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar. Bu günləri oruc tutmaq da bəyənilir.
On üçüncü gün Hz.Əlinin(ə) mövlududur. Həmin gün İmamı(ə) ziyarət etmək, ona hədiyyə namazı qılmaq bəyənilən əməllərdəndir. On beşinci gecə və on beşinci gün qüsl almaq, əhya saxlamaq, İmam Hüseynin(ə) ziyarətnaməsini oxumaq, Slaman Farsinin namazını qılmaq, Ummu Davud əməlini yerinə yetirmək müstəhəbdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2011 22:48 ⁄ Çap
Bu bölmədə1 Fevral, 2024 Mübarək Rəcəb ayında oruc tuta bilməyənlər nə etməlidir?...24 Yanvar, 2024 Bu axşam “Əyyamul-bəyz” gecələri daxil olur 17 Yanvar, 2024 Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |