|
• Mənəviyyat • MənəviyyatAllahın Rəhməti - Kumeyl duasının şərhiBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. İman və saleh əməl sahiblərinə veriləcək daimi mükafat Allaha məxsusdur və Ondan qeyri kimsə belə bir qüdrətə malik deyildir. Bu mövzuda Quran ayələrini açıqlayan bəzi rəvayətlərə nəzər salaq: Həzrət Əli (ə) buyurur: "Sizin yaxşı əməllərinizin mükafatı əməllərinizdən üstündür".(«Təfsire-Muin», səh-299.) "Səbir və dözümün mükafatı ən yaxşı mükafatdır".(«Ğürərul-hikəm», səh-281.) "Doğrudan da ən böyük mükafat insaf mükafatıdır".(«Ğürərul-hikəm», səh-394.) "Cihadın mükafatı ən böyük mükafatlardandır".(«Ğürərul-hikəm», səh-333.) Həzrət Baqir (ə) buyurur: "Məkkədə yatan ziyarətçi şəhərlərdə çalışanlar kimidir. Məkkədə səcdə edən kəs Allah yolunda qanına bələnmiş şəhid kimidir. Ziyarətçinin yerinə onun ev işlərini idarə edən kəsin savabı qara daşa toxunan ziyarətçinin savabı kimidir".(«Məhəccətul-bəyza», 2-ci cild, səh-153.) Həzrət Peyğəmbər (s) buyurur: "Allah yolunda bir gün cihad bütün dünya və onda olanlardan üstündür".(«Təfsire-Muin», səh-193.) "Allah yolunda bir gecə keşik çəkmək gecələri ibadət edilən, gündüzləri oruc tutulan min gecədən üstündür".(«Təfsire-Muin», səh-193.) "Gecə yarı xəlvətdə Allahla münacata duran bəndənin qəlbində Allah öz nurunu sabit edər".(«Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.) "Qiyamət günü bir bəndənin oda çəkilməsi əmri olunduğu vaxt mömin kişilər və qadınlar deyərlər ki, Pərvərdigara, o daim bizim üçün dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların şəfaətini qəbul edib, həmin şəxsə nicat verər".(«Kafi», 2-ci cild, səh-507.) "Agah olun ki, Quranı öyrənən, başqalarına öyrədən, ona əməl edən şəxsi behiştə doğru çəkib, ona cənnətin yolunu göstərəcəyəm".(«Təfsire-Muin», səh-496.) Həzrət Əli (ə) buyurur: "Gündəlik ibadət bədəni sağlam edir, Allahı razı salır və peyğəmbər əxlaqına çatdırır".(«Vəsailüş-şiə», 8-ci cild, səh-150.) Behişt Allah yanında olan, mərifət və iman əhlinin rəğbət göstərdiyi həqiqətlərdən biri behiştdir. Allah-Taala Qurani-Kərimdə bütün bəndələrini bu əbədi məkana dəvət edir və bildirir ki, behiştə çatmağın yolu iman, saleh əməl, təqva və halal-haramı gözləməkdir. "Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin".(«Ali-İmran» surəsi, ayə 133.) "Rəbbinizin tərəfindən bağışlanmağa, Allaha və Onun Peyğəmbərinə (s) iman gətirənlər üçün hazırlanmış, göylər və yer qədər geniş olan cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir".(«Hədid» surəsi, ayə 21.) Ayə və rəvayətlərə görə behişt iman, saleh əməl, təqva və haramdan uzaqlığın mükafatıdır. Bu həqiqətlərdən kənar düşüb, küfrə şirkə müxtəlif günahlara bulaşanlar bu nemətdən məhrum olub, cəhənnəmə düşərlər. «Mumin» surəsinin 40-cı ayəsində buyurulur: "Hər kişi və hər qadın mömin olaraq bir yaxşılıq etsə cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar". «Tövbə» surəsinin 71-72 ayələrində buyurulur: "Mömin kişilərlə mömin qadınlar bir-birlərinə vəli və yardımçıdırlar. Onlar yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə ki, Allah onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüdrət və hikmət sahibidir; Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur". Həzrət Səccad (ə) buyurur: "Bilin ki, behiştə müştaq olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu. Kim ki, oddan qorxdu, günahdan tövbə etməklə Allaha doğru tələsdi və haramlardan üz döndərdi".(«Biharul-ənvar», 75-ci cild, səh-139.) Həzrət Əli (ə) buyurur: "Cənnətin qiyməti saleh əməldir".(«Ğürərul-hikəm», səh-154.) İmam Baqir (ə) buyurur: "Hər kəs on xüsusiyyətlə Allahın görüşünə getsə behiştə daxil olar: Allahdan başqa məbud olmadığına şəhadət, Məhəmmədin (s) peyğəmbər olmasına şəhadət, peyğəmbərin Allah tərəfindən gətirdiyi Quranın təsdiqi, namaz qılmaq, zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək, Allah dostları ilə dostluq, Allah düşmənləri ilə düşmənlik, bütün məstedicilərdən uzaqlıq".(«Xisal», 2-ci cild, səh-432) Allahın Rəhməti Qurani-Məciddə və Əhli-beyt (ə) buyruqlarında Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və təqvaya dəvət olunmuşlar. «Nisa» surəsinin 175-ci ayəsində oxuyuruq: "Allah Ona iman gətirən və Ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə daxil edər və doğru yola salar". «Ən,am» surəsinin 54-cü ayəsində oxuyuruq: "Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman de: Salam olsun sizə! Rəbbiniz özü üçün mərhəməti vacib etmişdir". Bu surənin 147-ci ayəsində belə buyurulur: «De ki, Rəbbiniz geniş rəhmət sahibidir». Bu məna «Əraf» surəsinin 156-cı ayəsində bir daha təsdiqlənir: «Rəhmətim hər şeyi əhatə etmişdir». İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: "Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis duadan kömək istə".(«Biharul-ənvar», 75-ci cild, səh-162.) Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu: «Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm edəcək». Ah-naləmə yetməz Səndən özgəsi, Bir Sənsən bu ağlar könlümün bəsi. Unutmayıb daim yada salan kim, Deyilməyən dərdi duya bilən kim?! Kimdir Səndən başqa bu işə qadir, Ümidim, pənahım rəhmətindədir. Bu rəhmət çeşməsi sevgilə dolu, Nuş edənin eşqdən dəyişir halı. Bu badədən içmək olsa qismətim, İbadətin, zikrin olar adətim. Ardı var Əvvəli - http://ahlibeyt.az/news/a-9318.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2019 12:19 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |