إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şri-Lankada üzü örtən geyimlər qadağan olundu

Şri-Lankada azı 250 nəfərin həyatına son qoymuş terror dalğası fonunda ictimai yerlərdə maskalar və üzü örtən digər geyimlər (niqab və burkanın) geyilməsinə qadağa qoyulub.

Ahlibeyt.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə,bu haqda BBC məlumat yayıb.

Ölkə prezidenti Maitruipala Sisirsenanın bildirdiyinə görə, milli təhlükəsizliyin təmin olunması məqsədilə fövqəladə qanun əsasında tətbiq olunan məhudiyyət aprelin 29-dan etibarən qüvvəyə minib.

Müsəlman qadınlara aid niqab və burkanın adları xüsusi olaraq qeyd olunmasa da, hər ikisi üzü gizlətdiyindən, avtomatik olaraq qadağan olunmuş geyimlərin kateqoriyasına düşür.

Xatırladaq ki, bir həftə əvvəl Şri-Lankanın Kolombo şəhərində bir sıra kilsə və otellərdə və paytaxtın kənarında törədilən silsilə partlayışlar nəticəsində azı 250 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Hücumlara görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2019  10:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!