|
• DünyadaBəşər Cəfəri: Türkiyə Qolandan bir neçə dəfə böyük Suriya torpaqlarını işğal edibSuriyalı müzakirəçi nümayəndə heyətinin rəhbəri Bəşər Cəfəri Türkiyə ordusunun Suriya ərazilərindən Qolan təpələrindən bir neçə dəfə böyük ərazisini işğal etdiyini bildirib. Ahlibeyt.az-ın İslamazeri.coma-a istinadən verdiyi xəbərə görə, Suriya sülh danışıqları çərçivəsində Astanada başlayan müzakirələrin 12-ci turu yenə Qazaxıstanın paytaxtında keçirilib. Danışıqlara Suriya rəhbərliyi, suriyalı müxaliflər və Suriyada sülh təminatçısı olan İran, Rusiya və Türkiyənin nümayəndə heyətləri iştirak edib. Bu müzakirələrdə Suriya rəhbərliyinin nümayəndə heyətinə Bəşər Cəfəri sədrlik edib. Bəşər Cəfəri Suriyada Dəməşq rəhbərliyinin tələbi olmadan olan bütün ölkələri işğalçı saydıqlarını və dərhal Suriya torpaqlarını tərk etmələri lazım olduğunu bildirib. Cəfəri Türkiyə ordusunun Suriya ərazilərindən Qolan təpələrindən də bir neçə dəfə böyük ərazisini işğal etdiyini, halbuki Ankara rəhbərliyi Suriyanın ərazi bütövlüyünün qorunması lazım olduğunu iddia etdiyini ifadə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2019 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |