|
|
Həzrət Zeynəbin (s.ə) məqbərəsinə quru yolla ziyarət turlarına start verilibSon 7 ildə ilk dəfə olaraq ötən gün iraqlı zəvvarları daşıyan iki avtobus quru yolla İraqdan Dəməşqə yola düşüb. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə İraqın Sərhəd Xidməti mənbələri məlumat veriblər. Bildirilib ki, ötən gün iraqlı zəvvarları daşıyan iki avtobus Suriya sərhədini keçərək quru yolla Dəməşqə həzrət Zeynəbin ziyarətinə yollanıb. Avtobuslar əl-Qaim sərhəd keçidindən keçrək, Dirazzur əyalətinə daxil olub və oradan Dəməşqə yollanıblar. Ötən ay İraq və Suriyanın müvafiq qurumları iki ölkənin əsas sərhəd keçidlərindən olan əl-Qaimin açılması üçün hazırlıqlara başladıqlarını bildirmişdilər. Əl-Qaim (əl-Ənbar əyaləti) şəhəri və sərhəd keçidi 2014-cü ildə İŞİD tərəfindən zəbt edilib və 2017-ci ildə İraq Ordusu və Haşd-Şabi tərəfindən azad edilib. Bildirək ki, İraqdan quru yolla Dəməşqə ziyarət turlarının başlaması İran və Azərbaycandan da bu turların bərpasını sürətləndirəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2019 14:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |