
Son 7 ildə ilk dəfə olaraq ötən gün iraqlı zəvvarları daşıyan iki avtobus quru yolla İraqdan Dəməşqə yola düşüb.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə İraqın Sərhəd Xidməti mənbələri məlumat veriblər.
Bildirilib ki, ötən gün iraqlı zəvvarları daşıyan iki avtobus Suriya sərhədini keçərək quru yolla Dəməşqə həzrət Zeynəbin ziyarətinə yollanıb.
Avtobuslar əl-Qaim sərhəd keçidindən keçrək, Dirazzur əyalətinə daxil olub və oradan Dəməşqə yollanıblar.
Ötən ay İraq və Suriyanın müvafiq qurumları iki ölkənin əsas sərhəd keçidlərindən olan əl-Qaimin açılması üçün hazırlıqlara başladıqlarını bildirmişdilər.
Əl-Qaim (əl-Ənbar əyaləti) şəhəri və sərhəd keçidi 2014-cü ildə İŞİD tərəfindən zəbt edilib və 2017-ci ildə İraq Ordusu və Haşd-Şabi tərəfindən azad edilib.
Bildirək ki, İraqdan quru yolla Dəməşqə ziyarət turlarının başlaması İran və Azərbaycandan da bu turların bərpasını sürətləndirəcək.