|
• DünyadaGürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsil almaları çox müsbət nəticələr verə bilərGürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsil almaları bizim üçün çox müsbət nəticələr verə bilər. Gənclərimiz və din xadimlərimiz bu yolla bir çox problemlərdən uzaq olarlar. Ahlibeyt.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov söyləyib. Ramin İgidov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında dini təhsil almaq istəyənlər çoxdur. Onların Azərbaycanda dini təhsil almaları daha yaxşı olar və buna ciddi ehtiyac var. Onun sözlərinə görə, Gürcüstanda olan müsəlman din xadimləri müxtəlif ərəb və qonşu ölkələrdə təhsil alırlar. Onların bəziləri Gürcüstan dövləti tərəfindən tanınan dini təhsil ocaqlarında oxuyurlar. Lakin bəzi din xadimləri qeyri-ənənəvi dini cərəyanların təbliğ olunduğu təhsil müəssisələrini bitirərək, yanlış biliklərə yiyələnir və bəzi qüvvələrin təsiri altına düşürlər. “Bəzən onlar Gürcüstana ekstremist və təhrifçi fikirlərlə dönürlər və bu da bizim üçün ciddi təhlükədir. Bu baxımdan, Gürcüstan azərbaycanlılarının Azərbaycanda dini təhsil almaları ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsünü dəstəkləyirik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2019 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |