|
• DünyadaSuriya Qolan Təpələri ilə bağlı BMT TŞ-nın təcili iclas keçirməsini tələb edibBMT-dəki Suriya nümayəndəliyi ABŞ-ın Qolan Təpələri üzərində İsrailin suverenliyinin tanınması ilə əlaqədar olaraq Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Ahlibeyt.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, martda TŞ-da sədrlik edən Fransa iclasın tarixini müəyyənləşdirməlidir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasında yer alan 5 Avropa ölkəsi Almaniya, Polşa, Belçika, Fransa və Britaniya Donald Trampın işğal edilən Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması addımını rədd ediblər. Həmçinin ABŞ prezidenti tərəfindən beynəlxaq normaların pozulması faktı bir çox ölkələr tərəfindən etirazla qarşılanıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qolan Təpələri üzərindəki suverenliyini rəsmən tanıyıb.Prezident bəyannaməsinin imzalanma mərasimi Vaşinqtonda Ağ Evdə keçirilib. Tədbirdə ABŞ-da səfərdə olan İsrail Baş naziri Binyamin Netanyahu da iştirak edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2019 11:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |