إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rəcəb ayının gündəlik duaları

Peyğəmbər (s): "Rəcəb ümmətimin istiğfar ayıdır"

Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:

“Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənə səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim” (sonra imam Sadiq (ə) sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxudu:)  “Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (Əgər kiminsə saqqalı yoxdursa, saşından tutub duanın sonunda “şeybəti” yerinə “şəri” desin)

Hz.Rəsuləllah(s) isə buyurub ki, hər kəs aşağıdakı duanı 100 dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzərinə aşar. Hər kəs bu duanı 400 dəfə oxusa, ona yüz şəhid savabı verilər:

“Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh”

Peyğəmbərimiz(s) həmçinin bu ayda 1000 dəfə “La ilahə illəllah” və 1000 dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” zikrlərini oxumağı tövsiyə edib. 

Bu ayın digər əməlləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiz. 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2011  22:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!