إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əmmar əl-Həkim Səudiyyə Ərəbistanı krallığına dəvətdən növbəti dəfə imtina edib

Səudiyyə Ərəbistanı İraqda olan bir sıra şiə dini və siyasi xadimləri ölkəyə səfərə dəvət etsə də bu dəvətlər birmənalı şəkildə müsbət qarşılanmayıb.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews  TasnimNews-a istinadla xəbər verir ki, İraqda əl-Hikmə siyasi fraksiyasının sədri höccətül-islam Əmmar əl-Həkim Səudiyyə Ərəbistanın bu ölkəyə dəvətini növbəti dəfə də qəbul etməyib.

Əl-Hikmə fraksiyasında olan məlumatlı mənbələrdən biri bildirib ki, bu Səudiyyənin Əmmar əl-Həkimə çatdırdığı 6-cı dəvətdir.

Mənbə əlavə edib ki, Səudiyyədə şiələrə qarşı zorakı siyasət, onların İraqa səfərinə qoyulan məhdudiyyətlər dəvətin rədd edilməsinin əsas səbəblərindən biridir.

Qeyd edək ki, əl-Hikmə fraksiyası İraq parlamenti və hökumətində yer alan əsas siyasi cinahlardan biridir. Səudiyyə Ərəbistanı bundan öncə Sədr blokunun sədri Müqtəda əs-Sədri ər-Riyada rəsmi səfərə dəvət etmiş və Sədr ər-Riyadda Bin-Salmanla görüşüb danışıqlar keçirmişdi.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2019  11:20 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!