
Səudiyyə Ərəbistanı İraqda olan bir sıra şiə dini və siyasi xadimləri ölkəyə səfərə dəvət etsə də bu dəvətlər birmənalı şəkildə müsbət qarşılanmayıb.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews TasnimNews-a istinadla xəbər verir ki, İraqda əl-Hikmə siyasi fraksiyasının sədri höccətül-islam Əmmar əl-Həkim Səudiyyə Ərəbistanın bu ölkəyə dəvətini növbəti dəfə də qəbul etməyib.
Əl-Hikmə fraksiyasında olan məlumatlı mənbələrdən biri bildirib ki, bu Səudiyyənin Əmmar əl-Həkimə çatdırdığı 6-cı dəvətdir.
Mənbə əlavə edib ki, Səudiyyədə şiələrə qarşı zorakı siyasət, onların İraqa səfərinə qoyulan məhdudiyyətlər dəvətin rədd edilməsinin əsas səbəblərindən biridir.
Qeyd edək ki, əl-Hikmə fraksiyası İraq parlamenti və hökumətində yer alan əsas siyasi cinahlardan biridir. Səudiyyə Ərəbistanı bundan öncə Sədr blokunun sədri Müqtəda əs-Sədri ər-Riyada rəsmi səfərə dəvət etmiş və Sədr ər-Riyadda Bin-Salmanla görüşüb danışıqlar keçirmişdi.