إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-də ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb

Dubayda yerləşən “Dar Əl Ber” xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün “Əl Ber” onlayn platformasını istifadəyə verib.

Ahlibeyt.az-ın məlumatına görə,  AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu proqram İslamın əsas dəyərlərinin dünyada təşviqinə yönəlib. “Əl Ber” elektron təhsil platforması bütün dünyadan şəriət və müsəlman hüququ ilə maraqlanan insanlar üçün intensiv və orijinal kurslar təklif edir. Dərslər ərəb və ingilis dillərində təqdim olunur, tədris proqramı isə müqəddəs Qurani-Kərim əsasında hazırlanıb.

“Dar Əl Ber” cəmiyyətinin baş direktoru Abdulla Əli bin Zayed bildirib ki, intellektual onlayn platformasının yaradılmasına yüksəksəlahiyyətli islamşünas alimlər cəlb olunub.

Alimlər bilik və təcrübələrini həm Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, həm də dünyanın hər yerindən olan xaricilərlə bölüşəcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2019  12:03 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!