|
• Mənəviyyat • MənəviyyatŞeyx Fəzlullah Nurinin oğlu onun edamı zamanı nəyə görə əl çalırdı?İlk əvvəllər İran Məşrutə inqilabının tərəfdarı lakin sonralar tənqidçilərindən olmuş mərhum Şeyx Fəzlullah Nurinin oğlunun onun edamında əl çalması tarixin ən ağrılı səhnələrindən biridir. Şeyx Fəzlullah Nuri inqilbçıların Tehranı ələ keçirməsindən sonra həbs olunmuş və inqilabı dəstəkləyən ruhanilər tərəfindən edama məhkum edilmişdir. Onun edam edilməsinə israr edənlərdən biri şeyxin öz oğlu ruhani olan Şeyx Məhdi Nuri olmuşdur. Şeyx Fəzlullah Nurinin dostlarından biri deyir ki, mən şeyx zindanda olanda onun görüşünə getdim və onu bu işdən xəbərdar etdim ki, Şeyx Fəzlullah Nuri mənə oğlunun bu addımından heç təəccüblənmədiyini bildirdi. Səbəbini soruşdum və o mənə cavab verdi ki, Mehdi Nəcəfdə doğulan zaman anası bərk xəstə olduğundan ona süd verə bilmədi. Məcbur olub ona süd anası tapdıq. Bir müddətdən sonra bildim ki, həmin qadın çox günahkar qadındır. Bundan əlavə Əhli-Beyti(ə) sevməyənlərdəndir. Ona görə təəccüblənmədiyimi deyirəm ki, o südün təsirinin belə olacağını bilirdim. P.S Xatırladaq ki, həmin südün təsiri bununla bitməyib. Belə ki, Şeyx Fəzlullah Nurinin həmin oğlunun oğlu Nurəddin Kiyanuri İranın kommunist partiyası olan "Tude" partiyasının rəhbərlərindən olub. P.P.S Qeyd edək ki, İslam dini bildirir ki, insanın taleyi yəni onun necə adam olacağı hələ uşaq heç anasının bətnində olmayan zamandan, daha doğrusu, onun atasının nütfəsi anasının bətninə düşməmişdən 40 gün qabaq yazılır. Yəni həmin 40 gün müddətində atasının etdiyi işlər və əməllər onun taleyində öz təsirini buraxır. Daha sonra isə anasının bətnində olduğu mddətdə anasının gördüyü işlər onun taleyinə təsir edir. Və nəhayət doğulduqdan sonrakı müddət ki, süd qəbul etdiyi müddət də bura daxildir, onun taleyində öz təsirini qoyur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2012 17:15 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |