إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qum Beynəlxalq Əl-Mustafa Universitetinin rəhbərliyi Gürcüstanda səfərdədir

İslam dünyasında mötəbər dini ali təhsil ocaqlarından hesab olunan Qum şəhərində yerləşən Beynəlxalq Əl-Mustafa Universitetinin rektoru Höccətül İslam Əli Abbasi və müavini Möhsin Qənbəri Gürcüstanda səfərdədir.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə GMİ şeyxi Ramin İgidov vediyi açıqlamada bildirib Ki, universitet rəhbərliyi fevralın 5-nə dək davam edəcək səfər çərçivəsində Gürcüstan Patriarxı II İlya cənabları və Tbilisidə Dövlət Universitetlərinin rektorları ilə görüşü nəzərdə tutulub.

Məlumata görə,rəsmi heyət Dini Məslələlər üzrə Dövlət Agentliyinin (DMDA) sədri Zaza Vaşakmadze ilə görüşmüşlər.

DMDA-nın sədri dini şəxsiyyətlərə ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısının və maddi dəstəyi haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söylədi. Qonaqlar səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını ifadə etdilər. Gürcüstandakı dövlət qurumu və dini idarə ilə dini təhsil sahısində əməkdaşlığa hazır olduqları bildirilib.

Sonra qonalar Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstan üzrə Müfti Hacı Yasin ilə bir araya gəliblər.

GMİ şeyxi, İranın Gürcüstandakı səfiri ölkədə səfərdə olan nümayəndə heyəti ilə birgə azərbaycanlı müsəlmanların kompakt yaşadığı Marneuli şəhərinə səfər ediblər və bölgə Qubernatorluğu və Marneuli rayon rəhbərliyinin rəsmiləri ilə bir araya gəliblər.Din aliminin ölkəyə səfərini yüksək qiymətləndirən dövlət xadimləri bir çox sahədə ölkələrarası münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildiribər.

Gürüşdən sonra qonaqlar dini məkanları ziyarət etmiş, İmam Rza(ə) adına dini elm mərkəzdə din xadimləri və tələbələrlə görüş keçirilmişdir. Səfər çərçivəsində Marneulidə yerləşən İmam Hüseyn(ə) məscidində yerli inanclı müsəlmanlar qarşısında çıxış etmişdir.

Qeyd edək ki, İran İslam Respublikasının Qum şəhərində yerləşən bu Beynəlxalq universitetin dünyanın bir çox yerlərində olduğu kimi Gürcüstanda Tbilisi və Marneuli şəhərlərində də şöbəsi fəaliyyət göstərməkdədir. Universitetdə yüzdən artıq dövlətdən, 122 millətdən ümumilikdə 50000 nəfərə yaxın tələbə İslam marrifi, Quran elmləri, İslam fəlsəfəsi, Dinlər və digər fakultələr üzrə təhsil almaqdadırlar.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2019  10:39 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!