إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib - Foto

Belçikanın Gent şəhərində “Qüdsün İnsan Simaları” adlı beynəlxalq foto- sərgi keçirilib.

Ahlibeyt.az-ın Modern.az-a istinadən məlumatına görə, İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzindən verilən məlumata əsasən, Belçikada yerləşən “Think Out” təşkilatı və Gent bələdiyyəsinin əməkdaşlığı ilə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 14-17 fevral tarixlərində Belçikanın Gent şəhərində “Qüdsün İnsan Simaları” adlı beynəlxalq foto-sərgi keçirilmişdir.

Sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri konfransının müvafiq qərarı ilə təsdiq olunmuş və İƏGF ilə Fələstin Gənclər və İdman Şurasının birgə həyata keçirdiyi Qüds - İƏT Gənclər paytaxtı 2018 beynəlxalq proqramı çərçivəsində təşkil edilmişdir. Sərgidə Qüdsün işğalının 51-ci ilini simvolizə edən 51 foto nümayiş etdirilmişdir. Fotolar 2018-ci il boyunca Qüdsdə yaşayan və ya Qüdsü ziyarət edən gənclər tərəfindən çəkilərək, Qüds - İƏT Gənclər paytaxtı 2018 proqramının təşkilat komitəsinə təqdim edilmişdir. Daha əvvəl 2018-ci il ərzində Amman, Paris və İstanbul kimi şəhərlərdə nümayiş etdirilən sərginin tərəfdaşlarından biri kimi Qətər Mədəniyyət və İdman Nazirliyi çıxış etmişdir.

Gent şəhərində 15 fevral tarixində sərginin açılışında iştirak edən İƏGF Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev şərgi haqqında iştirakçılara məlumat vermiş və tərəfdaşlara, o cümlədən, Gent bələdiyyəsinə sərginin keçirilməsi üçün göstərilən təşkilati dəstəyə görə təşəkkür etmişdir. Çıxışda 3 səmavi dinin müqəddəs məkanı olan Qüdslə bağlı xüsusiyyətlərin və yalnız fələstinlilər üçün deyil, bütün müsəlman dünyası üçün əhəmiyyətli olan Qüds məsələsinin fərqli coğrafiyalarda yaşayan insanlara doğru şəkildə çatdırılması üçün bu tipli mədəni-informativ tədbirlərin keçirilməsinin vacib olduğu qeyd olunmuşdur. Elməddin Mehdiyev öz çıxışında həmçinin İƏGF-nin İƏT çərçivəsində insani faciələrlə bağlı keçirdiyi fəaliyyətlərə örnək olaraq Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İƏT Parlamentlər İttifaqı və İƏT Xarici İşlər Nazirləri Konfransları tərəfindən Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınmasını qeyd etmişdir.

Yerli əhali tərəfindən maraqla qarşılanan və ictimai fəallar, elm adamları və media nümayəndələri ilə yanaşı xristian demokratlar, liberallar, yaşıllar və fəhlə partiyaları nümayəndələrinin də iştirak etdiyi tədbirdə Belçika Federal Parlamentinin millət vəkili Vəli Yüksəl, Belçikadakı Fələstin səfirliyinin müşaviri Hassan Al-Balavi və həmçinin Gent Universitetinin Fələstin əslli dosenti Mohammed Al Saftavi də çıxış edərək tədbirin 2 əhəmiyyətini qeyd etmiş və bu təşəbbüs üçün Bakıda yerləşən İƏGF Avrasiya Regiona Mərkəzinə təşəkkür etmişlər.

1

1

1

1

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2019  10:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!