إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT tarixində ilk - Gənclərlə bağlı hərtərfli fəaliyyət planı layihəsi

Ciddədə öz işini bitirən İƏT Gənclər siyasəti üzrə Daimi komitəsinin iclasında İƏT tarixində ilk dəfə Gəncliyin inkişafı üzrə Hərtərəfli Fəaliyyət Planı layihəsi qəbul edildi.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, İƏT Baş Kaibliyində birinci iclasına toplanan Gənclik siyasəti üzrə Daimi Komitə ötən il Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri (GİN) Konfransının qərarı ilə yaradılıb. İƏT GİN Şurasına sədrliyin Azərbaycana keçdiyi həmin konfransda qəbul edilmiş İƏT Gənclik Strategiyasının icrası üçün qeyd olunan Fəaliyyət planının hazırlanması qərara alınmışdı.

Komitənin işinə sədrlik edən AR XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov öz çıxışında qeyd etdi ki, ötən müddət ərzində Azərbaycanın Şuraya sədrliyi çərçivəsində AR Gənclər və idman Nazirliyi tərəfindən İƏT Baş Katibliyi və digər əlaqədar təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilərək İƏT tarixində ilk dəfə olaraq Gənclik sahəsində birgə Fəaliyyət planının hazırlanmasına nail olunmuşdur. Səfir daha sonra İƏT ölkələrində gəncliyin ən çoxsaylı və dinamik təbəqə olduğunu qeyd edərək belə bir əməli planın həm gəncliyin rifahı, eyni zamanda müsəlman ölkələrinin sabitliyi və inkişafı baxımından zəruri və mühüm  olduğunu qeyd etmişdir. AR Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın qabaqcıl gənclik siyasətinin müxtəlif şaxələri haqqında iclas iştirakçılarına məlumat verən Elşad İskəndərov ölkəmizin əldə etdiyi təcrübə və naliyyətləri, Gənclər Nazirlikləri konfransına sədrliyi müddətində qardaş ölkələrlə bölüşməyə hazır olduğunu bildirmişdir.

Daha sonra Planın müxtəlif sahələri üzrə keçirilən debatlar zamanı konkret təkliflər müzakirə edilərək planın layihəsi ümumilikdə qəbul edilmişdir. Plana əsasən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan, 2019-2020-ci illərdə İƏT Gəncliyinin inkişafına və İslam həmrəyliyinin gücləndirilməsinə yönəlik bir sıra tədbirə, o cümlədən bu ilin yazında İƏT ölkələri Gənc İş adamları və Start-up-lar Şəbəkəsinin Forumuna ev sahibliyi edəcəkdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2019  14:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!