|
• Dünyada“Əl-Əzhər” şeyxi: Şiələri təkfir etmək Quran və sünnəyə ziddir! "Əl-Əzhər"in ilkin vəzifəsi müxtəlif ictihadların olması ilə yanaşı islam ümmətinin vəhdətini qoruyub saxlamaqdır.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə,dünyanın ən qədim İslam mərkəzlərindən biri olan Misirin "Əl-Əzhər"in şeyxi Əhməd Tayyib Əhli-beyt (ə) davamçılarının təkfir edilməsinin Quran və sünnəyə zidd olduğunu açıqlayıb:
“Bəzi peyk kanallarında şiələri təkfir edənlər bilməlidirlər ki, bu addım məntiqsiz, Quran və sünnəyə əsasən isə əsassızdır. Biz şiələrin arxasında namaz qılırıq. Şayiələrdə deyildiyi kimi onlar fərqli Qurana sahib deyillər. Şiə-sünni arasında ixtilaflar onlardan birinin İslamdan çıxması qədər deyil. Bu barədə gördüyümüz bəzi ixtilaflardan siyasi maraqlara görə istifadə edilir.
İraqa səfər edərkən Nəcəfi mütləq ziyarət edəcəyəm. "Əl-Əzhər"in ilkin vəzifəsi müxtəlif ictihadların olması ilə yanaşı islam ümmətinin vəhdətini qoruyub saxlamaqdır. Mən dünyanın hər nöqtəsinə, o cümlədən Nəcəfə səfər etməyə hazıram. Çünki özümü həm şiə, həm də sünnilər üçün bir ata bilirəm. Vəhdət bu günün zəruri məsələlərindəndir ki, o olmadan başımızı qaldıra bilmərik” - deyə “Əl-Əzhər” şeyxi Şeyx Əhməd Tayyib bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2019 12:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |