إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi” adlı beynəlxalq konfrans keçiriləcək

Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyası ‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfransda iştirak etmək üçün çağırış edib.

Ahlibeyt.az-ın  məlumatına görə, Madie.az “hawzahnews”a istinadla xəbər verir ki,  konfrans Həzrət Məhəmməd (s) peyğəmbərin əmisi və hamisi Əbu Talibin  şəxsiyyətinin tanınması və həyatının parlaq səhifəsinin cəmiyyətə çatdırılması məqsədi ilə keçiriləcək.

Çağırışda  tarix, əqaid,  kəlam, rical, kitabşünaslıq,  Ərəb ədəbiyyatı və digər sahələrdə araşdırmaq aparan şəxslər öz məqalələrini konfransın katibliyinə  təqdim edə bilərlər.

Əlavə məlumat üçün Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyasının rəsmi saytına müraciət etmək olar.  Məqalələr aprelin 21-nə kimi göndərilməlidir. Konfrans cari ilin may ayında keçiriləcək.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2019  12:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!