
Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyası ‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfransda iştirak etmək üçün çağırış edib.
Ahlibeyt.az-ın məlumatına görə, Madie.az “hawzahnews”a istinadla xəbər verir ki, konfrans Həzrət Məhəmməd (s) peyğəmbərin əmisi və hamisi Əbu Talibin şəxsiyyətinin tanınması və həyatının parlaq səhifəsinin cəmiyyətə çatdırılması məqsədi ilə keçiriləcək.
Çağırışda tarix, əqaid, kəlam, rical, kitabşünaslıq, Ərəb ədəbiyyatı və digər sahələrdə araşdırmaq aparan şəxslər öz məqalələrini konfransın katibliyinə təqdim edə bilərlər.
Əlavə məlumat üçün Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyasının rəsmi saytına müraciət etmək olar. Məqalələr aprelin 21-nə kimi göndərilməlidir. Konfrans cari ilin may ayında keçiriləcək.