|
• DünyadaƏfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edibKabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb. Ahlibeyt.az-ın məlumatına görə, “Report” "RiaNovosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb. "Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil gənc insanları İŞİD-ə cəlb edib", - deyə Əfqanıstan kəşfiyyatının rəsmi "Facebook" səhifəsinə yerləşdirilən bəyanatda bildirilir. Kəşfiyyatın məlumatına görə, Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə varki, onlar İŞİD-in Nanqarhar əyalətindəki bölməsinə göndəriliblər. Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalamaq müvəffəq olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2019 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |