10 Fevral, 2019
Əfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib

Kabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.

Ahlibeyt.az-ın məlumatına görə, “Report”  "RiaNovosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb.

"Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil gənc insanları İŞİD-ə cəlb edib", - deyə Əfqanıstan kəşfiyyatının rəsmi "Facebook" səhifəsinə yerləşdirilən bəyanatda bildirilir.

Kəşfiyyatın məlumatına görə, Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə varki, onlar İŞİD-in Nanqarhar əyalətindəki bölməsinə göndəriliblər.

Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalamaq müvəffəq olub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9293.html