|
• DünyadaRəsmi Paris İraqda həbs edilən fransalı İŞİD-çilərdən imtina edirRəsmi Paris İraqda ələ keçən fransalı İŞİD üzvlərinin ölkəyə qayıtması və ya ekstradisiya edilməsi haqda maraqlı olmadığını bildirib. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Barli fikir bildirib. Fransa müdafiə naziri ötən gün Bağdada səfəri çərçivəsində İraqda ələ keçən fransalı İŞİD üzvlərinə kəsilən məhkəmə işlərinə münasibət bildirib və əlavə edib ki, bu məsələ İraq hökumətinə aiddir. O həmçinin Suriyadakı fransalı İŞİD üzvlərinin qaçaraq yenidən Avropaya dönməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, İraq və Suriyaya gələn avropalı İŞİD üzvlərinin çoxu Fransa və Britaniya vətəndaşlarıdır. Bundan öncə Fransanın Ədliyyə Nazirliyi rəsmiləri İraqda vətəndaşları haqda edam hökmünün veriləcəyi təqdirdə hərəkətə keçəcəyini bildirmişdilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2019 12:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |