|
• DünyadaTbilisidə “Gürcüstanda dinlər” adlı fotoalbomun təqdimat mərasimi keçirilibTədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) rəhbəri və müftiləri də iştirak ediblər. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin layihəsi əsasında gürcü və ingilis dillərində hazırlanan fotoalbom bu ölkənin etnik, dini-mədəni müxtəlifliyini və cəmiyyətdəki tolerantlığını əks etdirir. Agentliyin sədri Zaza Vaşakmadze bildirib ki, albomda Gürcüstanda mövcud dini təşkilatlar və icmalar, dini abidələrə dair məlumat və dini liderlər haqqında bioqrafik materiallar əks olunub. Nəşrdə ölkənin müsəlman icması, din xadimləri və məscidlər barədə məlumat və fotoşəkillər də yer alıb. Fotoalboma həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki dini abidələr haqqında da məlumatlar daxil edilib. Mərasimdə parlament və hökumət üzvləri, beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri, habelə dini təşkilatların, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və müftiləri də iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2019 11:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |