8 Fevral, 2019
Tbilisidə “Gürcüstanda dinlər” adlı fotoalbomun təqdimat mərasimi keçirilib

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) rəhbəri və müftiləri də iştirak ediblər.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin layihəsi əsasında gürcü və ingilis dillərində hazırlanan fotoalbom bu ölkənin etnik, dini-mədəni müxtəlifliyini və cəmiyyətdəki tolerantlığını əks etdirir.

Agentliyin sədri Zaza Vaşakmadze bildirib ki, albomda Gürcüstanda mövcud dini təşkilatlar və icmalar, dini abidələrə dair məlumat və dini liderlər haqqında bioqrafik materiallar əks olunub.

Nəşrdə ölkənin müsəlman icması, din xadimləri və məscidlər barədə məlumat və fotoşəkillər də yer alıb.

Fotoalboma həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki dini abidələr haqqında da məlumatlar daxil edilib.

Mərasimdə parlament və hökumət üzvləri, beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri, habelə dini təşkilatların, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və müftiləri də iştirak ediblər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9285.html