إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mərakeş Səudiyyənin Yəmənə qarşı hərbi koalisiyasından çıxıb

Mərakeş rəsmiləri bildiriblər ki, onlar Səudiyyə Ərəbistanındakı səfirini geri çağırıblar və rəsmi ər-Riyadın Yəmən müharibəsindəki hərbi koalisiyasını da tərk ediblər.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews "Al-Jazeera" agentliyinə istinadla xəbər verir ki, bu barədə Associated-Press Mərakeş rəsmilərinə istinadla məlumat verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı mediası xüsusilə də bu ölkənin əl-Ərəbiyyə telekanalı son günlərdə Mərakeşin ərazibütövlüyünü təhlükəyə atan verlişləri yayımlayıb. Əlavə edilib ki, Səudiyyə Ərəbistanın mediasında Mərakeşdə separatçı iddialarla çıxış edən “Polisario Cəbhəsi” haqda verlişlər yayımlanıb.

Qeyd edək ki, Mərakeşin xarici işlər naziri Nasir Burəytə iki həftə öncə Qətərin Əlcəzirə telekanalına müsahibə vermiş və ölkəsinin tədricən Yəmən müharibəsində bir tərəfdə deyil, vasitəçi rolunu oynamağa başladığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2019  10:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!