إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hicablı konqresmen Vaşinqtonun Səudiyyə Ərəbistanına qarşı səssizliyini təndiq edib

ABŞ Konqresinə daxil olan ilk hicablı xanım İlhan Omar Vaşinqtonun Səudiyyə Ərəbistanı mövzusunda səssizliyini təndiq edib.

Ahlibeyt.az-ın FaktXeber.com-a istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə seçilən müsəlman xanım bu barədə komitədə ABŞ-ın Yəməndəki münaqişəyə Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsi üçün qanun layihəsinin müzakirəsi zamanı deiyb. O, ABŞ-ı Ər-Riyada qarşı digər ölkələrdəki kimi insan haqları standartlarının tətbiq etməməkdə qınayıb.

İlhan Omar Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin Yəmənə müdaxiləsinin dünyada ən böyük humanitar böhrana yol açdığını vurğulayıb: "Son 3 il yarımda bu ölkədə 17 mindən artıq insan həlak olub, 40 min nəfər yaralanıb, 3 milyon insan evindən-eşiyindən olub, 22 milyon insan isə yardıma möhtac qalıb. Milyonlarla insan aclığın astanasındadır. Səudiyyə başda olmaqla müdaxilələr səbəbində vəba geniş yayılıb. Bu, tarixdə ən pis vəba epidemiyalarından biridir".

Xatırladaq ki, Yəmənin keçmiş prezidenti Mənsur Hadi xalq etirazları nəticəsində ölkədən qaçaraq Səud rejiminə sığınaraq öz xalqına qarşı müharibə elan etmişdir.Bəzi ərəb ölkələri Səudiyyəyə dəstək verərək koalisiya tərkibində qarşı genişmiqyaslı müharibə aparmaqla yanaşı ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Ölkədə vəbaya yoluxma halı 500.000-dən çox insanı əhatə edib ki,bunun da 460 mini azyaşlı uşaqlardır.

Qeyd edək ki, Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına və ölkə daxilindəki təkfirçi qruplaşmalara qarşı mübarizə aparır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2019  13:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!