إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

İstanbul Valiliyindən bildiriblər ki, 27 ayrı ünvana keçirilən əməliyyatlarda 22 nəfərin nəzarətə alındığı qeyd edilib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən,əməliyyat barədə İstanbul Valiliyindən verilən açıqlamada bildirilib:

"Ümraniyədə müəyyən edilən ünvanda İŞİD terror təşkilatı tərəfdarı olaraq dərs və söhbətlər təşkil etdikləri, təşkilatın təbliğatını apararaq Suriya qarşıdurma bölgəsinə gedib gəldikləri və ya getmə axtarışında olduqları, təşkilata kadr təmin etmək məqsədilə işlər gördükləri, münaqişə bölgəsindən gələn və ya gedəcək kadrların ehtiyaclarını qarşıladıqları, təşkilat üzvlərinin ailələrinə maddi yardım topladıqları, qeyri-qanuni fəaliyyəti gizlətmək üçün "AHİD" adlı jurnal çıxardıqları müəyyən edilən şəxslərə qarşı Polis İdarəsi Terrorla Mübarizə Şöbə İdarəsinin briqadaları tərəfindən əməliyyat keçirilmişdir"

Başakşəhər, Beykoz, Qaziosmanpaşa, Kadıköy, Maltəpə, Ümraniyə, Üsküdar, Pendik və Sancaktəpə ilə Kocaelinin Başiskələ rayonunda 27 ayrı ünvana keçirilən əməliyyatlarda 22 nəfərin nəzarət altına alındığı qeyd edilib. Basqın edilən ünvanlarda aparılan axtarışlarda çox sayda təşkilati proqram və material ələ keçirildiyi qeyd olunub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2019  11:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!