إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Seyid Əli Sistani BMT-nin İraqdakı missiyasının rəhbərini qəbul edib

Ayətullah Seyid Əli Sistani BMT-nin sentyabr ayından İraqdakı missiyasının rəhbəri və xüsusi nümayəndəsi olan Janin Hennis-Plasşerti qəbul edib.

Ahlibeyt.az-ın məlumatına görə,  Maide.az "JamejamDaily"ə istinadən xəbər verir ki, görüşdə dünya ictimaiyyətini və beynəlxalq qurumları İraqın yeni hökumətinə ölkədəki problemlərin aradan qaldırılmasında yardımçı olmağa çağıran Ayətullah Sistani BMT-nin xüsusi nümayəndəsinə bu işlərdə müvəffəqiyyətlər arzu edib.

Korrupsiyanın aradan qaldırılması, insanların həyat səviyyəsinin yüksəldilməsindən söz açan Ayətullah Sistani əsasən Bəsrə əhalisinin çətinliklərinin həll edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

İŞİD-lə müharibənin iraqlılara baha başa gəldiyini qeyd edən Ayətullah Sistani, müharibədən əziyyət çəkmiş xalqın yenidən öz evlərinə qaytarılmasının və həmin yerlərdə infrastrukturun bərpasının hökumətin əsas vəzifəsi olduğunu ifadə edib. Eyni zamanda həmin yerlərdə yenidən ekstremist cərəyanların yaranmaması üçün səy göstərilməli olduğunu vurğulayan Ayətullah Sistani beynəlxalq qurumları bu işdə İraq hökumətinə yardımçı olmağa çağırıb.

“İraq bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə ümumi maraqlar naminə dostluq əlaqələrdə olması üçün səy göstərir. ABŞ prezidenti deyir ki, "İraqda hərbçiləri saxlayacağıq ki, İrana nəzarət edək". Amma İraqı heç bir ölkənin daxili işlərinə qarışmır  və digər dövlətlərin müstəqilliyi və suverenliyinə ziyan vurmayacaq”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2019  10:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!