إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fransalı yazardan “Avropalı Məhəmməd(s)” adlı kitab

Fransanın Nant universitetinin professoru John Tolan qələmə aldığı "Avropalı Məhəmməd(s) Peyğəmbərin qərbdə tanıdılması tarixçəsi" adlı kitabda İslam dini və peyğəmbərinin(s) qərb ölkələrindən tanıdılması tarixi barədə yazmışdır.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Fransanın Abdlin Michel nəşriyyatı professor John Tolanın İngilis dilində yazdığı 400 səhifəlik kitabın fransız dilinə tərcüməsini 2018-ci ilin sonuncu rübündə nəşr edib. Kitabı fransız dilinə Cisile Deniard tərcümə edib.

Müəllif kitabda İslam və Həzrət Məhəmmədin (s) qərb ölkələrində tanınmasının tarixçəsini miladın 12-ci əsrindən müasir dövrədək təsvir etmişdir. İslam və Peyğəmbər (s) barəsindəki fərqli görüş və bir-birinə zidd fikirlər barədə yazmışdır.

Müəllif 9 fəsldə İslam ayinlərini və Peyğəmbərin (s) sünnəsini açıqlamış və bu ayin və sünnənin qeyri-müsəlman alimləri tərəfindən qərb ölkələri xalqlarına necə təqdim edilməsi barədə danışmışdır.

Qərb ölkələrində İslamofobların anti-islam səylərinə baxmayaraq Peyğəmbərin(s) islahatçı və bütpərəstlik əleyhinə mübarizə aparan biri kimi təqdim edilməsi müəllif tərəfindən qabardılır və eyni halda müxaliflər tərəfindən onun anti-kilsə şəxsiyyət kimi təqdim edilməsini də vurğulayır.

Müəllif kitabın bir hissəsini də İslam peyğəmbərini(s) tərifləyən qərbli şəxsiyyətlərə ayırmışdır.

Qeyd edək ki, müəllifin bundan öncə "İslam tarixi, müsəlmanlar və Fransa" (2017), "Sara kimi qadınlar" (2003) və "Sultan yanında müqəddəslik" (2007) alı kitabları da çap və nəşr edilmişdir.

استاد فرانسوی و معرفی سیمای پیامبر(ص) در غرب

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2019  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!