|
• Dünyadaİslami təbliğat elə olmalıdır ki, gənclərin özü təbliğatçıya çevrilsin - Ayətullah Xamenei“Bu gün sıçrayışlı işlərin görülməsi günüdür və Qum Dini Elmi Hövzəsi bu sahədə yeni baxış və istiqamətlərə ehtiyaclıdır.” Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “Leader.ir” saytına istinadən xəbər verir ki,bunu İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin İslami Təbliğat Komitəsinin məsul şəxsləri ilə görüşü zamanı səsləndirib. Görüşdə çıxış edən Ayətullah Xamenei gənclərin, tələbələrin və mədəniyyət sahəsinə çalışanların əsas sual və düşüncə ehtiyaclarını təmin etməyi İslami Təbliğat Komitəsinin önəmli öhdəliklərindən biri olduğunu qeyd edib və sosial şəbəkələrdə hərəkətverici çalışmaların və təbliğatın patologiyasının aparılması ilə bağlı tövsiyələrini verib. Ayətullah Xamenei deyib ki, İslami Təbliğat Komitəsi innovasiya və dini intellektual imkanlarından yararlanmalıdır -“Bu gün sıçrayışlı işlərin görülməsi günüdür və Qum Dini Elmi Hövzəsi bu sahədə yeni baxış və istiqamətlərə ehtiyaclıdır.” İsalmi Təbliğat Komitəsinin Dini Elmi Hövzədə geridə qalmış işlərə diqqət ayırmasını və onları prioritet məsələlərə bölərək işlər görməsini tövsiyə edən Ayətullah Xamenei sosial şəbəkələrdə təbliğat fəaliyyətlərinin artırılmasının zəruriliyini vurğulayıb: “Sosial şəbəkələrdə müxtəlif qurumlar çalışır, lakin bu çalışmalar hərəkətverici olmalıdır. Sosial şəbəkələrdən istifadə təsiredici mədəni fəallarla əlaqə yaratmaq və onların suallarını cavablandırmaq üçün ən yaxşı vasitədir.” Ayətullah Xamenei gənclərin intellektual şübhələr və suallarını cavablandıracaq kitabların yazılması və nəşr edilməsinin zəruriliyini də qeyd edib: "İslam təbliğatı işçilərin tədrisinin tərtibi", “Təbliğat sahəsində aktiv olan digər qurumlarla şəbəkələşmə və əməkdaşlıq" və "Təbliğatın patologiyası"nın aparılması Ali Dini Rəhbərin İslami Təbliğat Komitəsi rəsmilərinə olan digər tövsiyələrindən idi. Təbliğat fəaliyyətlərində önəmli bir halqanın olmasına yəni “təbliğdə effektlik və təsir” məsələsinə toxunan Ayətullah Xamenei bildirib ki, təbliğatçıların, şəhər və kəndlərə getməsi və yaxşı danışması kifayət etmir - "Təbliğatçılar elə təlim görməlidir ki, təbliğ müddəti bitdikdən sonra da bacarıqlı gənclərlə əlaqələrini qorumalı və fikir mübadiləsi aparmaqla bir neçə il ərzində həmin bölgədə həmin gənclərinin özünü təbliğatçıya çevirməlidirlər."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2019 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |