|
• DünyadaƏrəbistan yarımadasındakı bütün kilsələr məhv edilməlidir!Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül-Əziz əş-Şeyx Ərəbistan yarımadasında mövcud olan bütün kilsələrin sökülməsi barədə fətva verib. Şeyx Əbdül-Əziz əş-Şeyx bu fətvanı Küveyt Qeyri-hökümət təşkilatlarından birinin nümayəndə heyətini qəbul edərkən verib. QHT nümayəndələri baş müftidən Küveytdə yeni kilsələrin tikilməsinə münasibət bildirməsini istəyib və bildiriblər ki, Küveyt parlamentarilərindən biri yeni kilsələrin tikilməsinin qadağan edilməsini istəyib. Baş müfti bildirib ki, haqq din İslam dini olduğu üçün Ərəbistan yarımadasında yalnız bir din, İslam dini olmalıdır. Küveyt də Ərəbistan yarımadasında yerləşdiyindən Küveytdə olan bütün kilsələr sökülməlidir. Baş müftinin bu sözlərindən sonra Livan, İordaniya, Misir və digər Yaxın Şərq ölkələrində yaşayan xristianlar bu fətvadan hiddətləndiklərini bildiriblər. Onlar bu sözləri cahil yanaşma adlandıraraq deyiblər ki, təsəvvür edin ki, analoji sözləri Roma Papası desin və İtaliyada olan bütün kilsələrin sökülməsini tələb etsin. Qeyd edək ki, Səudiyyə Ərəbistanında digər dinlər qadağandır və həmin ölkədə bir dənə də kilsə yoxdur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2012 01:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |