|
• DünyadaSuriya hökmən Ərəb Dövlətləri Liqasına qayıdacaq – ƏDL sədri“Suriya bir gün hökmən Ərəb Dövlətləri Liqasına qayıdacaq. Lakin Suriya daxilində buna zəmin yaradılmalıdır.” Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Misir mətbuatına istinadla xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının sədri Əhməd Əbul-Ğeyt deyib. Misirin “DMC” telekanalına verdiyi müsahibədə Suriyanın bir gün hökmən Ərəb Liqasına qatılacağını deyən ərəb rəsmisi bunun üçün Suriya daxilində islahatların aparılmasının vacib olmasına toxunub. O bildirib ki, ƏDL daxilində Suriyanın liqaya gəlməsinə mühafizəkarlıqla yanaşan dövlətlər var və onları da başa düşmək lazımdır. Suriyanın əksər bölgələrində sabitliyin yarandığını deyən ərəb rəsmisi yenə də burada beynəlxalq müdaxilələrin olduğunu deyib və “Türkiyə tərəfdən təhdidin” gəldiyini dilə gətirib. O, yaxın zamanlarda Suriyada vəziyyətin həllini tapacağını gözləmədiyini bildirib. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası mənbələri Livanda keçiriləcək toplantıda Suriyanın liqaya qayıtması məsələsinin gündəmdə olmayacağını deyiblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2019 12:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |