|
• DünyadaHamburq Avropanın 7-ci Quran yarışlarına evsahibliyi edəcəkAlmaniyanın Hamburq şəhərində yerləşən İslam Mərkəzi cari ilin Aprel ayında keçiriləcək Avropa ölkələrinin 7-ci Qurani-Kərim yarışlarına evsahibliyi edəcək. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Almaniyanın Hamburq İslam Mərkəzi Quran yarışları elan edib: Almaniyanın Darul-Quran idarəsi Avropa ölkələrinin Qurani-Kərimin 7-ci hifz, qiraət, təfsir və azan yarışlarını cari ilin Aprel ayının 12-dən 14-dək keçirəcəkdir. Bu yarışların hədəfi Quran maarifi və İslam mədəniyyətinin yayılması, Quran sahəsində aktivistlərin yetişdirilməsinə zəmin yaratmaq, hafiz və qarilərin Vəhy kəlamı ilə daha çox ünsüyyəti, Avropada Quran əsasında yaşayan cəmiyyət Qurmaq və qari və hafizlərin öz tərcübələrini bölüşdürməsidir. Avropanın 7-ci Qurani-Kərim yarışlarında Quranın hifzi, qiraəti, təfsiri, Azan, "təvaşih" (dini nəğmə) və təqlidi-tilavət ixtisası üzrə oğlanlar və habelə Quranın hifzi, tərtil ilə oxunuşu və təfsiri ixtisası üzrə qızlar yarışacaqlar. Yarışların qaliblərinə müxtəlif nəfis hədiyyələr veriləcək. Quranın qiraəti üzrə qaliblərin birincisinə 1500, ikincisinə 1200 və üçüncüsünə 1000 avro mükafat veriləcəkdir. Avropa ölkələrinin 7-ci Qurani-Kərim yarışlarının daha çox təfərrüatı və iştirak etmək üçün qeydiyyatdən keçməkk barədə qarşıdakı linkdən məlumat əldə edə bilərsiniz: 7-ci Avropa Quran Yarışları
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2019 11:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |