|
• DünyadaAzərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıbAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib. Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb. Sonra bu kitablar Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcək. Bundan başqa son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər də mərkəzə hədiyyə olunacaq. Xatırladırıq ki, hazırda universitetdə açılacaq mərkəzdə son işlər aparılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2019 16:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |