|
• DünyadaBMT: Livanda hələ də 1,5 milyonadək suriyalı qaçqın varHazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib. “Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var”, – deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır. “Rəsmi məlumatlara görə, 2018-ci ildə Suriyaya 16-17 min nəfər, əvvəlki il 14 min nəfər dönüb. Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim. Hələlik bundan uzağıq” – deyə əlaqələndirici bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2019 11:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |