إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Danimarka İslamın “haramını” “vacib” etdi

Danimarka parlamentinin qəbul etdiyi qanunu qüvvəyə minib-yeni qanun müsəlman əhalinin dini inanclarını kobud şəkildə pozur.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “The New York Times”-a istinadən verdiyi xəbərə əsasən, Danimarkada parlamentin qəbul etdiyi qanun qüvvəyə minib. Həmin qanuna əsasən, vətəndaşlığın verilməsi mərasimi zamanı vətəndaş alan şəxslər burqomistr ilə əl ilə görüşməlidirlər. Əl ilə görüşməkdən imtina etmək isə, vətəndaşlıqdan məhrum etmə üçün səbəb ola bilər.

Yeni tələb, çox sayda müsəlmanın dini baxışlarına görə belə tədbirlərdə əks cinsin nümayəndələri ilə əl ilə görüşməkdən imtina etməsindən sonra qəbul edilib.

Bu qanunun təşəbbüskarı olan parlamentin son dərəcə sağçı partiyasının üzvü bildirib ki, Danimarka ənənələrinə etinasızlıq hörmətsizlikdir və “belə bir sadə və birmənalı jesti edə bilməyənlərin isə Danimarka vətəndaşlığı almağına dəyməz”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2019  16:33 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!