|
• Dünyada“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görübKitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib. Ahlibeyt.az-ın məlumatına görə, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyət üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlı ilə birgə hazırladıqları “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görüb. Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulmuş danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədi ilə tərtib edilib. Kitabçadan turizm şirkəti əməkdaşlarının, tarixi məkan, muzey, kafe, restoran, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür. Nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib. Kitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib. Mənbə: AMEA mətbuat xidməti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2019 12:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |