إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

MM sədri Oktay Əsədov İran səfəri çərçivəsində Urmiyaya gedib - FOTO

İran Parlamentinin sədri Əli Laricaninin dəvəti ilə MM sədri Oktay Əsədov və Milli Məclisin nümayəndə heyəti dekabr ayının 25-də İrana iki günlük səfərə gedib.

Ahlibeyt.az-ın Salamnews-a məlumatına görə,  Milli Məclisin sədri həmçinin bu səfər əsnasında İran prezidenti Həsən Ruhani ilə, İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirib.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oktay Əsədov səfər çərçivəsində Urmiya şəhərinə gedib.

SalamNews –un İran müxbirinin məlumatına görə, Oktay Əsədov bu gün Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinə daxil olub.

Oktay Əsədovu Qərbi Azərbaycan əyalətinin ostandarı Məhəmməd Mehdi Şəhriyari qarşılayıb.

Oktay Əsədovu bu səfərdə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə və İran parlamentinin Urmiyadan olan deputatı  Ruhullah Həzrətpur müşayiət ediblər.

Bundan öncə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi də SalamNews-a verdiyi müsahibədə bildirib ki, Oktay Əsədov bu səfəri əsnasında əyalətin müxtəlif potensialları ilə tanış olacaq, əyalət rəsmiləri ilə əməkdaşlığın genişləndirilməsi və regiondakı potensiallardan istifadə ilə bağlı danışılqlar aparacaq.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2018  14:03 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!