إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq baş naziri: Suriyaya əsgər göndərməyi nəzərdən keçiririk

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın Suriyadan hərbçilərini çıxarmaq qərarından sonra hökumətin Suriyaya əsgər göndərə biləcəyini açıqlayıb.

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Amerikanın Səsi" radiosu məlumat yayıb.

İraqın hökumət rəhbəri qeyd edib ki, ölkə sərhədindəki təhdidlərdən qorunmaq üçün hər bir variant nəzərdən keçirilir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə danışan Adil Əbdülmehdi, hökumətin ABŞ-dan Suriyaya əsgər yerləşdirmək istiqamətində hər hansı göstəriş almadığını da vurğulayıb: "İraq qərarını dostları və qonşuları ilə məsləhətləşərək verəcək".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2018  12:16 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!