|
• Mənəviyyat • MənəviyyatQuranda təvazökarlıq haqqındaBöyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Qurani-Məcid bütün insanları Allah qarşısında təvazökarlıqa çağırmaqla bərabər, möminlər qarşısında da təvazökar olmağı tapşırır. Hətta mələklərdən üstün olan İslam Peyğəmbəri (s) də təvazökarlığa dəvət edilir. «Hicr» surəsinin 88-ci ayəsində oxuyuruq: «Bütün möminlərə qarşı təvazökar ol». «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: «Biz axirət evini yer üzündə üstünlük və fəsad istəyində olmayanlar üçün qərar vermişik». Qurani-Kərimdə açıq-aşkar bəyan olunur ki, Allah təkəbbürlüləri sevmir və bu sifətdə olanlar cəhənnəm əhlidirlər. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah təkəbbürlüləri sevmir». «Zumər» surəsinin 60-cı ayəsində isə belə bəyan olunur: «Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdurmu? Rəvayətlərdə Təvazökarlıq Haqqında Həzrət Peyğəmbər (s) buyurur: «Nə olub ki, sizdə ibadət şirinliyi görmürəm?» Soruşdular ki, ibadətin şirinliyi nədir? Buyurdu: «Təvazökarlıq». Həzrət Əli (ə) qədim möminlərin təvazökarlığından danışaraq xalqa belə nəsihət edir: «Pak Allah onlar üçün təkəbbürü yox, təvazökarlığı bəyəndi. Onlar surətlərinin bir hissəsini ibadət nişanəsi olaraq torpağa qoydular, üzlərini bəndəlik əlaməti olaraq yerə sürtdülər və bütün möminlər qarşısında təvazökar oldular».(«Nəhcül-bəlağə».)Həzrət (ə) başqa bir hədisdə buyurur: «Təvazökarlığı gözlə çünki təvazökarlıq ən böyük ibadətlərdəndir».(«Biharul-ənvar», 72-ci cild, səh-119.) İmam Sadiq (ə) təvazökarlığın sərhədlərini bəyan edir: «Təvazö odur ki, öz böyüklüyündən aşağı yerdə oturmaqdan xoşhal olasan. Görüşdüyün şəxsə salam ver, höcətləşmədən haqlı olsan belə çəkin. Xeyirlərin üstünü təvazödür».(«Biharul-ənvar», 72-ci cild, səh-123.) Allahın Rəsulu (s) buyurur: «Şübhəsiz ki, bəndəlik cəhətindən ən üstün olan şəxs məqamının yuxarı olduğu halda təvazökarlıq göstərən şəxsdir».(«Biharul-ənvar», 74-ci cild, səh-181.) «Təvazökarlıq öz sahibinin məqamını qaldırar. Təvazökar olun ki, Allah sizi uca məqamlı etsin».(«Kafi», 2-ci cild, səh-121..) Əxlaq alimlərinin fikrincə, şeytani sifət olan təkəbbür ifrat, hər bir kəsin qarşısında özünü alçaltmaq isə təfritdir. Orta hədd isə təvazökarlıqdır. Məsum imamlardan rəvayət olunmuşdur ki, Allah qarşısında təvazökarlıq bütün vücudunu bəndəlik məqamında qərarlaşdırmaq və insanlarla ədalətlə rəftar edib, onların hüququna riayət etməkdir. Ardı var Əvvəli - http://ahlibeyt.az/news/a-8336.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2018 16:27 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |