إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahdan dörd istək - Bütün hallarda təvazökar olmaq

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm».("Kənzul-əmmal”, 43 639.)

Dua edən şəxs duanın bu hissəsində Allah-Taaladan dörd şey istəyir. O, inanmalıdır ki, duadakı itaətkarlıq və təvazökarlığın duanın qəbulunda təsiri olacaqdır. İstənilən dörd şeyə nəzər salaq: 1-Allahın müdara ilə yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə qane olmaq; 4-Bütün hallarda təvazö.

Dua edən şəxs anlamalı və unutmamalıdır ki, yaxşılıq edən insan özünə edir. («İsra» surəsi, ayə 7). Allahdan mehribanlıq görmək üçün hökmən müsəlmanlara, layiqli şəxslərə mehriban olmaq lazımdır. Öz ətrafındakılara qarşı mərhəmətli, mehriban olmayan insan Allah-Taaladan mehribanlıq görə bilməz.

4-Bütün hallarda təvazökar olmaq

Təvazökarlıq ilahi həqiqətlərə çatmaq üçün olduqca təsirli olan əxlaqi bir dəyərdir. Təvazökarlıq o qədər qiymətlidir ki, Həzrət Əli (ə) «Kumeyl» duasında Allah-Taaladan bu sifəti təmənna edir. Təvazökar və sadə insan axirət əzabından qurtular, əbədi səadətə və Allahın razılığına nail olar.

Təvazökarlıq iki yerdə işlənməlidir: Allah və xalq qarşısında. Allah qarşısında təvazö odur ki, insan öz Rəbbinin göstərişlərini səmimi qəlbdən qəbul edib böyük eşqlə əməl etsin. Xalq qarşısında təvazö isə insanın özünü başqa müsəlmanlardan üstün bilməməsi, onlara həqarətlə baxmamasıdır. Mömin şəxs öz din qardaşlarına yardım əli uzatmalı, onların səhvini bağışlamalı, gizlində və aşkarda möminlərin hörmətini saxlamalıdır.

Ardı var

Əvvəli - http://ahlibeyt.az/news/a-8250.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2018  13:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!